Xüsusi Hərbi Əməliyyatların keçirildiyi bölgədə İsveç istehsalı olan “Archer” özüyeriyən artilleriya qurğusunun məhv edildiyi anın kadrları dərc edilib.
Qaziler.az xəbər verir ki, görüntüləri “Mash” teleqram kanalı yayıb.
Kanalda qeyd edilib ki, bu silah NATO arsenalında ən müasir, sürətli və dəqiq atəşli hesab olunur. Rusiya Müdafiə Nazirliyi yayılan məlumatı şərh etməyib.
“Mash”ın məlumatına görə, “Archer” özüyeriyən silahı Rusiyanın “Lancet” pilotsuz təyyarəsinin zərbəsi nəticəsində məhv edilib. İsveç Ukrayna Silahlı Qüvvələrinə ən yeni özüyeriyən artilleriya qurğularından yalnız səkkizini verib.
QAZİLER.AZ