Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya prezidenti Vladimir Putin Macarıstanın yeni prezidenti təyin edildikdən sonra onu təbrik etməyə qərar verəcək.
Qaziler.az bu barədə TASS-a istindla xəbər verir. Onun sözlərinə görə, bu barədə danışmaq hələ tezdir.
“Macarıstanın yeni prezidenti təyin olunanda qərar veriləcək”, - Kreml nümayəndəsi müvafiq sualı cavablandırıb.
Qeyd edək ki, Macarıstan parlamenti prezident Katalin Novakın istefasını yekdilliklə qəbul edib. Səbəb Macarıstanda fevralın əvvəlində ölkə prezidenti Katalin Novakın uşaq evinin direktorunun törətdiyi cinayətlərin ört-basdır edilməsində iştirak edən keçmiş direktor müavininin əfv olunması ilə bağlı vəsatətini təmin etməsindən sonra yaranmış qalmaqal olub. O, pedofiliyada ittiham olunub. Müxalifət Novakdan istefa verməsini tələb edib və o da bununla razılaşıb.
QAZİLER.AZ