Ukrayna İsveç şirkəti ilə silahların alınması üzrə ilk birbaşa müqavilə imzalayıb.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verib.
Nə İsveç şirkətinin adı, nə də müqavilənin başqa detalları açıqlanmayıb. Məlumdur ki, saziş Ukrayna Müdafiə Təchizatları Agentliyinin iştirakı ilə hazırlanıb. Müqavilənin bağlanması İsveçin müdafiə naziri Pol Yonsonun Ukraynaya səfəri zamanı elan edilib.
Min millik yol ilk addımdan başlayır. Bu yolda hələ də Ukrayna Silahlı Qüvvələrinin təcili ehtiyaclarını ödəmək üçün FMV-dən (Fair Market Value – Ədalətlə bazar dəyəri) olan həmkarlarımızla birgə həyata keçirməli olduğumuz bir çox layihələr var. Lakin bu ilk addım məsuliyyətli və ən mühüm olanıdır”, - Ukrayna Müdafiə Təchizatları Agentliyinin direktoru Marina Bezrukova bildirib.
QAZİLER.AZ