Polyaklar martın 1-də Ukrayna ilə sərhəddə etiraz aksiyalarını bərpa etməyi planlaşdırır

Polyaklar martın 1-də Ukrayna ilə sərhəddə etiraz aksiyalarını bərpa etməyi planlaşdırır backend

Polşa daşıyıcıları cümə günü, martın 1-də Ukrayna ilə sərhəddə etiraz aksiyalarını bərpa etmək niyyətindədir.

Qaziler.az bildirir ki, bu barədə  RFM24-ə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, Lyublin və Subkarpat vilayətlərinin daşıyıcıları yenidən Hrebenna, Doroquska və Korçov keçidlərini bağlamaq istəyirlər. Ola bilsin ki, etiraz aksiyasına Medıkadakı keçidə çıxış da daxil olsun.

Daşıyıcılar onları ukraynalıların bazardan sıxışdırıb çıxardığını iddia edirlər.

Onlar həmçinin 2023-cü ilin noyabrından Ukrayna daşıyıcılarının icazə öhdəliyinin bərpa olunmasını tələb edirlər.

QAZİLER.AZ

 

Diaspora