Çin “TJS-11” gizli hərbi peykini Haynan adasındakı “Wenchang” Peyk Atış Mərkəzindən “Long March” 5 raketindən istifadə edərək orbitə buraxıb.
Qaziler.az “Ferra.ru”ya istinadla xəbər verir ki, bu buraxılış “Long Mart 5” üçün yeddinci və 2024-cü ildə doqquzuncudur.
Peyk əsasən zəngin xüsusiyyətlərə malik, yüksək sürətli peyk rabitəsi texnologiyasını sınaqdan keçirmək üçün nəzərdə tutulub.
Peykin təfərrüatları gizli qalsa da, TJS seriyasının erkən xəbərdarlıq və siqnal kəşfiyyatı da daxil olmaqla bir sıra missiyalar üçün nəzərdə tutulduğu güman edilir. Bu, xüsusilə TJS-3-ün ABŞ peyklərinə qarşı yaxın manevrləri ilə bağlı ABŞ-da narahatlıq yaradıb.
QAZİLER.AZ