Argentina Ukrayna tərəfindən axtarılan rusiyalıya sığınacaq verə bilər

Argentina Ukrayna tərəfindən axtarılan rusiyalıya sığınacaq verə bilər backend

Argentina Milli Qaçqınlar Komissiyası Ukrayna tərəfindən axtarışda olan Rusiya vətəndaşı İqor Çurkinin sığınacaq istəməsi ilə bağlı sənədlərə baxacaq.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə onun vəkili Kristian Rubilara  məlumat yayıb.

“O, artıq komissiyada olub və ona sığınacaq üçün ilkin sənəd verilib”, - vəkil bildirib.

Vəkilin sözlərinə görə, müvəkkili, bu kağızı alan şəxs artıq “qaçqın statusu”na malikdir.

"Müsahibə bir ay ərzində baş tutmalıdır", - Rubilar əlavə edib.

Yanvarın 30-da Argentina polisi Kiyevin tələbi ilə Çurkini saxlayıb. Ukrayna hüquq-mühafizə orqanları bildiriblər ki, rusiyalı guya Ukraynada aldatma yolu ilə dövlət bankı hesabına biznesini saxlamağa cəhd edib.

QAZİLER.AZ

Diaspora