Polşalı rəsmilər ukraynalı həmkarları ilə sərhəddə görüşə gəlməyib

Polşalı rəsmilər ukraynalı həmkarları ilə  sərhəddə görüşə gəlməyib backend

Polşa rəsmilərinin ukraynalı həmkarları ilə nəqliyyat blokadası ilə bağlı görüşü sərhəddə baş tutmayıb.

Qaziler.az xəbər verir ki, bu haqda Ukrayna hökumətinin başçısı Denis Şmıqal öz “Telegram” kanalında bildirib. O qeyd edib ki, son 6 ayda Ukrayna Polşanın daimi blokadası altında yaşayır. Şmıqal əlavə edib ki, mövcud vəziyyət ölkə iqtisadiyyatına və "özünü daha yaxşı müdafiə etmək qabiliyyətinə" zərbə vurub.

“Zelenski Polşa rəhbərliyinə razılığa gəlmək və kompromis tapmaq üçün platforma təklif etdi. Burada, sərhəddə, bərabər tərəfdaşlar və müttəfiqlər kimi. Ukrayna hökuməti bu gün buradadır. Lakin təəssüflər olsun ki, bu gün Polşa rəsmiləri ilə belə bir görüş baş tutmadı”, - mesajda deyilir.

QAZİLER.AZ

Diaspora