Kraliça Kamilla şahzadə Harrini Kral III Çarlzın vəsiyyətindən çıxarmaq istəyir

Kraliça Kamilla şahzadə Harrini Kral III Çarlzın vəsiyyətindən çıxarmaq istəyir backend

Kraliça Kamilla və Şahzadə Uilyam şahzadə Harrini Kral III Çarlzın vəsiyyətindən kənarlaşdırmaq istəyirlər.

Qaziler.az xəbər verir ki, bu barədə “Marca” xəbər verib.

Nəşrin məlumatına görə, şahzadə Harri atasını ziyarət etmək üçün Böyük Britaniyaya uçan zaman onunla ögey anası arasında münaqişə yaranıb. Kraliça Kamilla şahzadə Harrini ikiüzlülükdə ittiham edib və onu öz ambisiyaları üçün kral ailəsindən istifadə etməyi dayandırmağa çağırıb.

“Onlar Harrinin titullarından məhrum edilməsini, varislik xəttindən çıxarılmasını və III Çarlzın 2 milyard dollarlıq vəsiyyətindən çıxarılmasını istəyirlər. Şahzadə Harri artıq saraydan kənar adama çevrilib. Onlar bunu rəsmiləşdirmək istəyirlər”, - nəşr bildirib.

Qeyd edək ki, şahzadə Harri öz xatirələrində dəfələrlə ögey anası haqqında mənfi fikirlər səsləndirib. O, Kamillanın jurnalistlərə kral ailəsinin həyatı haqqında məlumat yaydığını bildirib. Bundan əlavə, Şahzadə Harri etiraf edib ki, o və qardaşı Şahzadə Uilyam atalarına Kamilla ilə evlənməmək üçün dəfələrlə “yalvarıblar”.

QAZİLER.AZ

Diaspora