Avropa İttifaqı üç Belarus vətəndaşına qarşı sanksiyalar tətbiq edib

Avropa İttifaqı üç Belarus vətəndaşına qarşı sanksiyalar tətbiq edib backend

Xeyriyyəçilik fəaliyyəti olan üç Belarus vətəndaşı Aİ-nin sanksiyalar siyahısına daxil edilib.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu haqda Avropa İttifaqının rəsmi  saytında yer alan sənəddə qeyd edilib ki, onlar “Ukraynalı uşaqların deportasiyasına görə” siyahıya salınıblar.

Sənədə əsasən, 13-cü sanksiya paketinə fiziki şəxslər kimi Belarus Qızıl Xaç Cəmiyyətinin baş katibi Dmitri Şevtsov, Novopolotsk Şəhər İcraiyyə Komitəsinin sədri Dmitri Demidov və Aleksey Talay Xeyriyyə Fondunun rəhbəri Aleksey Talay daxildir.

Aİ Şurasının qətnaməsində onların hər birinin “ukraynalı uşaqların Belarus Respublikasına qanunsuz deportasiyasına görə məsuliyyət daşıdığı” göstərilir.

QAZİLER.AZ

Diaspora