Zelenski Rusiyanı hava üstünlüyündən məhrum etmək istəyir

Zelenski Rusiyanı hava üstünlüyündən məhrum etmək istəyir backend

"Ukrayna Rusiya təyyarələrini səmadakı üstünlüklərindən məhrum etməyə çalışır".

Qaziler.az xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski “Telegram” kanalında deyib. O əlavə edib ki, artilleriya və uçuş məsafəsi müdafiə qüvvələri üçün əsas şeydir.

“Kifayət qədər artilleriya, kifayət qədər məsafə - bunlar bizim üçün, müdafiə qüvvələrimiz üçün əsas şeylərdir. Və təbii ki, biz bu il Rusiya təyyarələrini cəbhənin yaxınlığındakı səmada hökmranlıq etmək imkanından məhrum etmək üçün çox fəal işləyirik”, - deyə bəyanatda bildirilir.

Bundan əvvəl Ukrayna lideri Ukrayna Silahlı Qüvvələrinin yeni əks-hücum əməliyyatına hazır olduğunu bəyan edib.

QAZİLER.AZ

Diaspora