Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radislav Sikorski Amerika Konqresinin üzvlərini Ukraynaya yardım göstərməyə inandırmaq üçün ABŞ-a işgüzar səfərə gedib.
Qaziler.az bildirir ki, bu barədə “Bloomberg” xəbər yayıb.
Sikorski aydınlaşdırıb ki, söhbət Kiyevə yeni dəstək paketini səsverməyə çıxarmalı olan konkret şəxsdən gedir.
"Mənim ən mühüm missiyam qərarsız konqresmenləri, əslində bir nəfəri - Nümayəndələr Palatasının sədrini Ukraynaya yardım paketini səsverməyə çıxarmağa inandırmaqdır", - deyib.
ABŞ prezidenti Co Bayden administrasiyası Konqres üzvlərindən ABŞ-ın müttəfiqlərinə, o cümlədən Ukraynaya 60 milyard dollar ayırmağa dair yeni qanun layihəsini qəbul etməyi tələb edir.
QAZİLER.AZ