Kanadanın xarici işlər naziri Melani Coli 10 fiziki və 153 hüquqi şəxsə, o cümlədən Rusiya prezidentinin köməkçisi İqor Levitinə qarşı Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq edildiyini açıqlayıb.
Qaziler.az bu barədə “Nyus.ru”ya istinadla xəbər verir.
Ottava Rusiya Silahlı Qüvvələrinin Ukraynada xüsusi hərbi əməliyyatının ikinci ildönümü ərəfəsində ABŞ və Böyük Britaniya ilə koordinasiyada yeni məhdudiyyətlər tətbiq etdiyini bildirib.
Bu sanksiyalar maliyyə, logistika və sanksiyalardan yayınmaqla Rusiya ordusuna dəstək verən fiziki və hüquqi qurumları hədəf alır. Siyahıya alınan şəxslər arasında Putinin köməkçisi, həmçinin Rusiya və Kiprdə qeydiyyatdan keçmiş özəl və dövlət şirkətlərinin yüksək vəzifəli şəxsləri var”, - Kanada Xarici İşlər Nazirliyi bildirib.
QAZİLER.AZ