Ankaranı qana bulayanların şəxsiyyəti bəlli oldu - TƏFƏRRÜAT

Ankaranı qana bulayanların şəxsiyyəti bəlli oldu - TƏFƏRRÜAT backend

Polis partlayışdan əvvəl "Ankarada partlayış olacaq" deyənləri də həbs edib Ankarada 97 nəfərin həyatına son qoyan terror aktını törədən “canlı bomba”ların hər ikisinin şəxsiyyəti müəyyənləşdirilib. Lent.az “Hürriyət”ə istinadən xəbər verir ki, “Gənclik” meydanında həmkarlar təşkilatlarının keçirdiyi aksiya zamanı özünü partladan şəxslərdən birinin Yunus Emre Alagöz olması artıq dəqiqləşib. İkinci terrorçunun isə axtarışda olan digər şəxs – Ömər Dəniz Dündar olduğu məlum olub.

Hər iki şəxs Ankaraya Qaziantepdən başqa-başqa (“Ford Focus” və “Citroen”) avtomobillə gəlib. Partlayışdan əvvəl onları Y.Ş adlı şəxs təlimatlandırıb və Ankaranı gəzdirib. Artıq Y.Ş və terrorçuları paytaxta gətirən avtomobillərin sahibi Qaziantepdə yaxalanıb.

Bu arada Ankaradakı partlayışdan əvvəl “Twitter”də “Bomba Ankarada partlayacak” tweeti atan 2 nəfər həbs edilib. Pir Ozan Abdal və Dinebereday adlı saxta profillə paylaşmalar edən (@DrBereday və @GoranMetsayan @AnatolyTodorov) 2 nəfər artıq həbs edilib və barələrində araşdırmalar aparılır.
Diaspora