Gürcüstanla ABŞ arasında strateji xarakter daşıyan münasibətlər son illər xeyli zəifləyib.
Qaziler.az bildirir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze fevralın 23-də keçirdiyi mətbuat konfransında bildirib.
“Birləşmiş Ştatlara gəlincə, bu illər ərzində ABŞ tərəfindən müəyyən zəifləmə, müəyyən təzahür var. Strateji tərəfdaşlıq baxımından maraq bir növ zəifləyib.Bu da bizim üçün kədərli bir inkişafdır. Bu, konkret təfərrüatlarda ifadə olunub”, - deyə Rustavi 2 telekanalı onun sözlərindən sitat gətirir.
Siyasətçi əlavə edib ki, artıq bir neçə ildir ki, iki ölkə arasında yüksək səviyyəli səfərlər olmayıb. Bundan əlavə, artıq səkkizinci ildir ki, respublika rəhbərliyi Amerika tərəfdən bir dənə də olsun təbrik məktubu almayıb. Ticarət-iqtisadi əlaqələr baxımından da vəziyyət o qədər də yaxşı deyil. Xüsusilə, Gürcüstan və ABŞ arasında hələ də birbaşa uçuşlar, Gürcüstan vətəndaşları üçün vizasız rejim yoxdur.
QAZİLER.AZ