Məşhur amerikalı basketbolçu Lamar Odom komaya düşüb. "Los Ancels Lakers" basketbol komandasının keçmiş ulduzu Las Veqasda fahişəxanaların birində huşsuz vəziyyətdə tapılıb.
Lent.az-ın Türkiyə mətbuatına istindən məlumatına görə, L.Odom immunitet çatışmazlığı səbəbindən huşunu itirib və Nevadada xəstəxanaya yerləşdirilib.Ulduz oyunçunun spirtli içki ilə dərman qəbul etdiyi iddia edilir.
Qeyd edək ki, L.Odom 2013-cü ildə spirtli içi və narkotik maddə istifadəsinə görə müalicə alıb.