Valensiyada evdə baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 15 nəfər itkin düşüb

Valensiyada evdə baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 15 nəfər itkin düşüb backend

İspaniyanın Valensiya şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 15-ə qədər insan itkin düşüb.

Qaziler.az bildirir ki, bu barədə fevralın 23-də “El Pais” qəzeti məlumat yayıb.

7-nin yanğınsöndürən olduğu hadisə nəticəsində 15 nəfərin yaralandığı da məlum olub. Yanğın fevralın 22-də axşam saatlarında Valensiyada çoxmərtəbəli yaşayış binasında başlayıb. Yanğının səbəbi barədə hələlik dəqiq məlumat yoxdur.

Yanğın Kampanar ərazisində 14 mərtəbəli binada baş verib. Dördüncü mərtəbədən başlayan yanğın genişlənməkdə davam edib.

QAZİLER.AZ