Lazım gələrsə, Fransa Ermənistanı hava hücumundan müdafiə raketləri ilə təmin edəcək.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə fevralın 23-də İrəvanda olan Fransa hərbi departamentinin rəhbəri Sebastyan Lekornu məlumat verib.
“Hava hücumundan müdafiə... qısa, orta və digər mənzilli raketlər haqqında deyəcəyəm: əgər Ermənistana lazımdırsa, o zaman bu raketlər də sizin ixtiyarınıza veriləcək”, - Erməni həmkarı Suren Papikyanla birgə brifinqdə Lekornu deyib.
QAZİLER.AZ