Ekvador prezidenti Daniel Noboa təsdiq edib ki, ölkəsi ABŞ-yə sonradan Ukraynaya göndərilməsi nəzərdə tutulan hərbi texnika verməyəcək.
Qaziler.az bildirir ki, bu barədə CNN en Español telekanalına müsahibəsində Noboa deyib.
“Bizi təəccübləndirən odur ki, Birləşmiş Ştatlar açıq şəkildə bu silahların Ukraynadakı silahlı münaqişədə istifadə olunacağını bildirib və biz bunun bir hissəsi olmaq istəmirik”, - o deyib.
Əvvəllər Ekvador köhnə sovet avadanlıqlarını “metal qırıntıları” adlandırırdı, buna görə də onu ABŞ-a təhvil vermək fikri yaranmışdı. Lakin Rusiyanın təzyiqindən sonra Ekvador avadanlığın “metal qırıntıları” sayıla biləcəyini təkzib etdi.
Ekvador prezidenti vurğulayıb ki, Rusiya onun ölkəsi üçün üçüncü ən mühüm ticarət tərəfdaşıdır. Noboa əlavə edib ki, onlar beynəlxalq müqavilələri pozmaq istəmirlər.
"Bu konkret halda onlar haqlı olardılar, çünki biz silah transferi sxeminin iştirakçısına çevrilərdik. Biz bunu etməyəcəyik" dedi.
QAZİLER.AZ