ABŞ və Rusiya səfirləri Türkiyə XİN-ə çağırıldı

ABŞ və Rusiya səfirləri Türkiyə XİN-ə çağırıldı backend

ABŞ-ın Türkiyədəki səfiri Con Bass və Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. "Report" xəbər verir ki, bu barədə "RİA-Novosti" Türkiyə diplomatik idarəsinin nümayəndəsinə istinadən məlumat yayıb.

Ankara Moskva və Vaşinqtonu PYD-yə (PKK-nın Suriyadakı qolu) hərbi yardım göstərməkdə ittiham edib.

"Dünən ABŞ və Rusiya səfirləri XİN-ə çağırılıb və Kürd demokratik ittifaqına hərbi yardım göstərilməsinin yolverilməz olduğu haqqında xəbərdar ediliblər", - Türkiyə XİN-dən bildirilib.
Diaspora