Ağ Ev İranın Rusiyaya raket göndərdiyini təsdiqləməyib - "Politico"

Ağ Ev İranın Rusiyaya raket göndərdiyini təsdiqləməyib -  "Politico" backend

ABŞ İranın Rusiyaya ballistik raketlər ötürməsi ilə bağlı məlumatı təsdiq edə bilmir.

RBC-Ukrayna “Politico”ya istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ artıq Rusiyanın Tehranla gücləndirilmiş hərbi əməkdaşlığı müqabilində İrandan ballistik raketlər almaq cəhdləri barədə xəbərdarlıq edib.

"Biz raketlərin həqiqətən İrandan Rusiyaya keçdiyinə dair heç bir təsdiq görməmişik. Onların gələcəkdə çatdırılmayacağına inanmaq üçün heç bir əsasımız yoxdur", - Kirbi bildirib.

QAZİLER.AZ

Diaspora