Latviya Seymi Rusiya və Belarusdan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub.
Qaziler.az bildirir ki, bu barədə fevralın 22-də qanunvericilik orqanının saytında deyilir.
Belə ki, “Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı haqqında” qanuna iki ölkədən kənd təsərrüfatı və yem məhsullarının idxalını qadağan edən dəyişikliklər qəbul edilib.
“Deputatlar təkcə Latviyada deyil, digər Aİ ölkələrində də Rusiya və Belarus məhsullarına qadağa qoyulmasını təklif ediblər. Belə bir qadağanın Avropa İttifaqının bizim səlahiyyətimizə aid olmayan ümumi siyasətinə təsir edəcəyini nəzərə alsaq, idxal qadağası yalnız Latviyada həmin kənd təsərrüfatı və heyvandarlıq məhsullarının istehlakına şamil olunacaq”, - deyə büdcə və vergilər komitəsinin rəhbəri Yanis Reyrs bildirib.
QAZİLER.AZ