Qvineya-Bisauda cadugərlikdə günahlandırılan səkkiz qadına zəhər verilərək öldürülüb

Qvineya-Bisauda cadugərlikdə günahlandırılan səkkiz qadına zəhər verilərək öldürülüb backend

Qvineya-Bisauda cadugərlikdə günahlandırılan səkkiz qadın içməyə məcbur edilən zəhərdən ölüb. Daha 21 respublika sakini xəstəxanaya yerləşdirilib.

Qaziler.az bildirir ki, bu barədə fevralın 22-də “Yeni Şafak” qəzeti mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Kuladada iki gənc ağır xəstəlikdən vəfat etdikdən sonra bir neçə yerli sakin cadugərlikdə günahlandırılıb və cəza olaraq onları zəhərli içki içməyə məcbur ediblər.

Şəhərin subprefekti Karlos Sanya bildirib ki, yaşı 50-dən yuxarı olan 8 qadın zəhər qəbul etdikdən sonra ölüb, digər 21 qadın isə regional xəstəxanaya aparılıb.

“Əsasən animist bölgədə bu təcrübə təkrarlanır. Biz əcdadlarımızdan qalma bu hərəkətlərə son qoymaq üçün qərar qəbul edəcəyik", qəzet onun fikirlərini sitat gətirib.

Subprefekt əlavə edib ki, 21-ci əsrdə bu, qəbuledilməzdir.

Nəşr qeyd edir ki, 2021-ci ildə COVID-19 pandemiyası zamanı eyni bölgədə oxşar şəraitdə dörd nəfər ölüb. Eyni zamanda sakinlər bu halın cadugərlik nəticəsində baş verdiyinə inanırdılar.

QAZİLER,AZ

Diaspora