Hakan Fidan Səudiyyə Ərəbistanı və Fransanın xarici işlər nazirləri ilə görüşüb

Hakan Fidan Səudiyyə Ərəbistanı və Fransanın xarici işlər nazirləri ilə görüşüb backend

Türkiyənin xarici işlər naziri Hakan Fidan Braziliyada Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Ferhan və Fransanın xarici işlər naziri Stefan Sejourne ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Qaziler.az TRT Haber-ə istinadən bildirir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, Hakan Fidan G20 Xarici İşlər Nazirləri Toplantısı üçün olduğu Braziliyanın Rio de Janeyro şəhərində Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Ferhan ilə görüşüb.

İclasda Qəzzada fövqəladə atəşkəs və iki dövlətli həll üçün region ölkələrinin ata biləcəyi addımlar müzakirə edilib.

Bu çərçivədə nazir Fidan həmkarına Antalya Diplomatik Forumunda (ADF) keçiriləcək “Qəzza Paneli”nin mühüm bir fürsət təşkil edəcəyini çatdırıb.

Görüş zamanı ikitərəfli və iqtisadi əlaqələr və müdafiə sənayesi sahəsində əməkdaşlıq da qiymətləndirilib.

Nazir Fidanın Fransa xarici işlər naziri Sejourne ilə görüşündə yüksək səviyyəli səfər təqvimi, regional məsələlər və Türkiyə-Avropa İttifaqı (Aİ) əlaqələri müzakirə edilib.

Qəzzada vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün təcili addımların atılmasının vacibliyini vurğulayan Fidan bu məsələdə beynəlxalq ictimaiyyətin birlik içində hərəkət etməsinin vacibliyini qeyd edib.

Ukraynadakı müharibənin bu ölkənin ərazi bütövlüyü və siyasi birliyi çərçivəsində həll edilməsi lazım olduğuna diqqət çəkən Fidan Türkiyənin Aİ-yə üzvlük prosesini digər namizəd ölkələrdən ayrı saxlamağın strateji səhv olacağını bildirib.

Nazir Fidanın G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində ikitərəfli təmaslarını davam etdirəcəyi gözlənilir.

Diaspora