Ukraynalılara litva dilini öyrənmək üçün daha bir il vaxt verildi

Ukraynalılara litva dilini öyrənmək üçün daha bir il vaxt verildi backend

Latviyada Ukraynadan olan qaçqınlardan işə qəbul zamanı ölkənin milli dilini bilmələri tələb olunmayacaq.

Qaziler.az bildirir ki, bu barədə fevralın 21-də Latviya hökuməti məlumat yayıb.

“Biz ukraynalılara bacardığımız qədər kömək edirik. Biz təklif etdik ki, daha bir il işə götürülərkən dövlət dilini bilməsi tələbi tətbiq olunmasın ki, mümkün qədər çox ukraynalı Ukraynaya qayıdana qədər işləmək, özlərini və ailələrini dolandırmaq imkanı əldə etsinlər”, - deyə Latviya elm və idman naziri Gintautas Jakştas deyib.

O, həmçinin xatırladıb ki, ukraynalı qaçqınların daha səmərəli inteqrasiyası üçün onlara məşğulluq xidməti tərəfindən təşkil olunan kurslarda və KURSUOK onlayn platformasında Litva dilini öyrənmək imkanı verilib.

Beləliklə, ukraynalılar üçün işə qəbul üçün Litva dilini bilmək tələbindən azadolma üçüncü il müddətinə uzadılıb.

QAZİLER.AZ

Diaspora