Riqa hakimiyyəti adları rus yazıçıları ilə bağlı olan küçələrin adının dəyişdirilməsinə qərar verib. Həmçinin Rusiyanın paytaxtının adı ilə adlandırılan küçələrin də adı dəyişdiriləcək.
Qaziler.az bildirir ki, bu barədə fevralın 22-də Latviya paytaxtının vitse-meri Edvard Ratnieks məlumat verib.
""Moskovskaya" küçəsi Riqanın mərkəzi küçələrindən biridir və onun adı yerli əhaliyə və beynəlxalq ictimaiyyətə yanlış siqnal verir", - idarənin mətbuat xidməti bildirir.
Həmçinin X sosial şəbəkəsində (keçmiş Twitter) şəhər rəhbərliyi küçələrin adlarının necə dəyişdiriləcəyini dəqiq açıqlayıb. "Moskva" küçəsinin adı dəyişdirilərək "Latqales", "Puşkin" küçəsi - latviyalı dilçi Karlis Milenbaxın, "Turgenev" - rəssam Vilhelm Purvitisin, "Lermontov" - şair Vilis Pludonisin, "Qoqol" isə jurnalist Emiliya Benjaminin şərəfinə adlandırılacaq.
Küçə adlarının dəyişdirilməsi ilə bağlı qərar səs çoxluğu ilə qəbul edilib, onu Şəhər Dumasının 38 deputatı dəstəkləyib. Ratnieksin aydınlaşdırdığı kimi, küçə adlarının dəyişdirilməsinin dəyəri ən azı 80 min avro olacaq.
QAZİLER.AZ