İstanbul Hava Limanı Operatoru İGA, Norveç Hava Yollarının aprelin 14-dən etibarən Oslo-İstanbul uçuşlarına başlayacağını açıqladı.
Qaziler.az Türkiyə mətbuatına bildirir ki, İGA-nın sosial media hesabından verdiyi açıqlamada bildirilib: "Norveç Hava Yolları 14 aprel 2024-cü il tarixindən etibarən Oslodan İGA İstanbul Hava Limanına uçuşlara başlayacaq. Sizə təhlükəsiz uçuşlar arzulayırıq", - ifadəsi yer alıb.
Beləliklə, İstanbul Hava Limanına uçan aviaşirkətlərin sayı 101-ə çatacaq.
QAZİLER.AZ