Bundestaq dəstəklədi: Ukraynaya "Taurus" veriləcək

Bundestaq dəstəklədi: Ukraynaya "Taurus" veriləcək backend

Bundestaq Almaniya hökumətinə Ukraynaya “Taurus” uzaqmənzilli raketlərinin verilməsinə başlamağı tövsiyə edən qətnamə layihəsini dəstəkləyib.

Qaziler.az bildirir ki, bu barədə səsvermədə iştirak edən Ukraynanın xalq deputatı Yeqor Çernevin Facebook səhifəsində məlumat yayıb.

“Bundestaq indicə Ukraynanı “Rusiya təcavüzkarına dəqiq zərbələr endirmək” üçün uzaq mənzilli sistemlərlə təmin etmək tövsiyəsinə səs verdi. Yəni “Taurus” ”, – Çernev yazıb.

O bildirib ki, qətnamə layihəsi hakim koalisiyadan olan deputatların baxılması üçün Bundestaqın müzakirəsinə verilib. Müxalifət deputatlarının oxşar çağırışı bu gün bir qədər əvvəl rədd edildi.

"Qərar vermək artıq Şoltsa aiddir. Nəticəyə nail olmaq üçün sualın dərəcəsini tədricən qaldırırıq", - deputat qeyd edib.

mənbə:RBK-Ukrayna

QAZİLER,AZ

Diaspora