Beş NATO ölkəsinin çevik reaksiya qüvvələri Polşada toplanıb

Beş NATO ölkəsinin çevik reaksiya qüvvələri Polşada toplanıb backend

NATO müttəfiqləri olan Türkiyə, Albaniya, Polşa, İspaniya və Böyük Britaniyanın çevik reaksiya qüvvələrini sınaqdan keçirmək üçün texnikalar Polşaya yerləşdirilir.

“Report” xəbər verir ki, bu barədə NATO-nun yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, müttəfiq ölkələrin çevik hərbi maşınları hava, quru və dəniz yolu ilə sürətlə Polşaya gətirilir.

Qeyd edək ki, ölkənin Dravsko Pomorskie təlim zonasında keçirilən "Brilliant Jump-2024" təlimində NATO-nun sözügedən beş ölkəsindən ümumilikdə 3000 nəfərlik şəxsi heyət və 700 maşın iştirak edir.

Bu təlimlər hər il keçirilir və NATO-nun bütün müttəfiqlərini istənilən təhlükədən müdafiə etməyə hazır olduğuna dair güclü bir mesajı özündə ehtiva edir.

Diaspora