Hollandiyanın baş naziri Mark Rutte bu ilin aprelində NATO-nun baş katibi postunu tuta bilər.
Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bunu hollandiyalı siyasətçi Yaap de Hop Sxeffer “Nieuwsuur” televiziya proqramında bildirib.
Bir sıra Qərb nəşrlərinin yazdığına görə, Ruttenin namizədliyi artıq ABŞ prezidenti Co Bayden tərəfindən dəstəklənib və Alyans ölkələrinin üçdə ikisi də onun baş katib vəzifəsinə uyğun olduğuna inanır.
“Düşünürəm ki, Mark Ruttenin təyin olunmaq şansı çox yüksəkdir”, - deyə siyasətçi bildirib.
2004-2009-cu illərdə NATO-nun baş katibi vəzifəsində çalışmış Yaap de Hop Sxeffer qeyd edib ki, Ruttenin namizədliyi Alyansın ən mühüm üzvləri tərəfindən dəstəklənir. Onun NATO-nun yaradılmasının 75-ci ildönümündə - aprelin 4-də rəsmi olaraq bu vəzifəyə təyin olunacağı gözlənilir. Lakin hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.
QAZİLER.AZ