Hindistanın Müdafiə Nazirliyi “BrahMos Aerospace” şirkəti ilə 200-dən çox uzaq mənzilli səsdən sürətli qanadlı raketlərin tədarükünə dair müqavilə imzalayıb.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, Nyu-Dehlidəki mənbələrin verdiyi məlumata görə bu şirkət Rusiya və Hindistanın birgə müəssisəsidir.
“Sözləşmə təsdiqləndi. Müqavilə martın əvvəlində imzalanacaq”, - mənbə bildirib.
“BrahMos” raketi 450 kilometr yüksək uçuş məsafəsinə malikdir. Səsin sürətindən təxminən 2,8 dəfə çoxdur. Hindistan Ordusunun dörd yeni “Visakhapatnam” sinifli esminesi və daha yeddi “Type 17A” freqatını bu raketlərlə təchiz edəcəyi gözlənilir. Sözləşmənin dəyəri 2,3 milyard dollar olaraq qiymətləndirilir.
QAZİLER.AZ