Ukrayna Qərbi bütün silahları verməyə çağırdı

Ukrayna Qərbi bütün silahları verməyə çağırdı backend

Qərb ölkələri tamamilə bütün silah və texnikanı Kiyevə təhvil verməlidir.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri  Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

Onun sözlərinə görə, növbəti münaqişələrdə “onların artıq silahlara ehtiyacı olmayacaq”, çünki onlar mənəvi və fiziki cəhətdən köhnəliblər və Ukrayna Silahlı Qüvvələri bunlardan necə istifadə oluna biləcəyini başa düşür.

“Bizim böyük təcrübəmiz var və biz başa düşürük ki, növbəti müharibə üçün Avropanın artıq o silahlara, tanklara, piyada döyüş maşınlarına və daha çox şeyə ehtiyacı olmayacaq. İndi isə Danimarka kimi təcili olaraq hər şeyi bizə ötürməlidirlər. Bu, metal qırıntıları olacaq, sizə qətiyyən ehtiyac olmayacaq, çünki tamam başqa müharibə olacaq”, - Danilov deyib.

QAZİLER.AZ

Diaspora