Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinlə işləməkdən qürur duyduğunu bildirib.
Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bu haqda məlumatı “İnternational Reporters” dərc edib. Peskov müsahibəsində fəaliyyətini həyatının uğuru hesab etdiyini vurğulayıb.
Əlbəttə, dövlət başçısı ilə, xüsusən də Rusiya kimi bir dövlətlə və Putin kimi bir başçı ilə işləməkdən söhbət gedəndə, bu, yəqin ki, mənim həyatımda xüsusi uğurumdur, hansı ki, mən buna dəyər verir və fəxr edirəm”, - Peskov bildirib.
O qeyd edib ki, peşəsini çox maraqlı hesab edir. Peskov jurnalistikanın nümayəndəsi olmadığını və özünü həmişə diplomat hesab etdiyini vurğulayıb. Onun sözlərinə görə, Xarici İşlər Nazirliyində xidmət təcrübəsi çox dəyərli olub.
QAZİLER.AZ