İŞİD terror təşkilatı dünya müsəlmanlarını Rusiya və ABŞ-a qarşı cihada başlamağa çağırıb. APA TV-nin xəbərinə görə, bu bəyanatla İŞİD-in sözçüsü Əbu Məhəmməd əl-Ədnani çıxış edib.
O, dünyanın dörd bir yanındakı islami gəncliyin müsəlmanlara qarşı "səlib yürüşləri düzənləyən" ruslara və amerikalılara qarşı müqəddəs müharibə başlatmalı olduğunu bəyan edib.