Ceb Buş: “Prezident seçilsəm, Putinlə onun öz dilində danışacağam“

Ceb Buş: “Prezident seçilsəm, Putinlə onun öz dilində danışacağam“ backend

ABŞ prezidentliyinə namizəd Ceb Buş dövlət başçısı seçiləcəyi təqdirdə Rusiyaya qarşı aqressiv siyasət yürüdəcəyini bildirib. APA TV-nin məlumatına görə, o, bu açıqlamanı "Reuters"ə verib.

O, Rusiya prezidenti Vladimir Putini hazırda ABŞ-ın liderleyinin vakuum vəziyyətində olduğundan istifadə edən "cəld rəqib" adlandırıb. Ceb Buş buna misal olaraq Kreml rəhbərinin Suriyada və bəzi regionlarda əl-qol açmasını göstərib.

Respublikaçı namizəd Rusiya prezidentinin ünvanına hətta "xuliqan" ifadəsini işlədib. O, qeyd edib ki, Ukraynada baş verənlərə görə, ABŞ və Avropa Moskvaya qarşı sanksiyaları ən kəskin həddə çatdırmalıdırlar.

"Putinlə anlaşmaq yalnız bir halda mümkündür. Onunla öz dilində danışmaq lazımdır. Mən bunu edəcəyəm" - deyə Ceb Buş əlavə edib.

Namizəd bildirib ki, əgər prezident seçilsə, Avropalı və ərəb müttəfiqləri ilə Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən kənarlaşdırılması üçün koalisiya yaradılmasına çalışaq. O həmçinin qeyd edib ki, Suriya müxalifətinin silahlandırılması və suriyalı könüllülərdən ibarət təlim keçmiş döyüşçülərin hazırlanması da mühümdür.


Diaspora