Rusiya-Ukrayna arasında sülh danışıqları üçün şərait görmürəm - Blinken

Rusiya-Ukrayna arasında sülh danışıqları üçün şərait görmürəm - Blinken backend

ABŞ dövlət katibi Antoni Blinken Rusiya ilə Ukrayna arasında sülh danışıqları üçün şərait görmədiyini bildirib.

Qaziler.az xəbər verir ki, məlumatı“Reuters” yayıb.

Blinken bu barədə Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə görüşü zamanı bildirib.

ABŞ dövlət katibinin sözlərinə görə, bu gün Ağ Ev Ukrayna münaqişəsi üzrə sülh danışıqlarına başlamaq üçün lazımi şərait görmür. O, həmçinin əlavə edib ki, hazırda ABŞ administrasiyası “diplomatiya üçün heç bir şərait görmür".

Bundan əvvəl Almaniya kansleri Olaf Şolts bildirmişdi ki, əgər söhbət Kiyevin kapitulyasiyasından gedirsə, Ukraynadakı vəziyyətlə bağlı sülh danışıqlarının heç bir mənası yoxdur.

QAZİLER.AZ

Diaspora