Rusiya nümayəndə heyətinin Beynəlxalq Ədalət Məhkəməsindəki dinləmələrdəki nümayəndəsi, Rusiyanın Hollandiyadakı səfiri Vladimir Tarabrin İsraili Fələstin ərazilərində məskunlaşma fəaliyyətinə son qoymağa çağırıb.
Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Tarabrin dinləmələrdə deyib: "İsrail beynəlxalq hüququn bütün pozuntularına son qoymalı və hüquqi statusla bağlı razılaşmanın əldə olunmasına mane olan bütün fəaliyyətlərini dayandırmalıdır".
O qeyd edib ki, İsrailin Fələstin ərazisindəki yaşayış məntəqələri “zorla ərazi əldə etməyin yolverilməzliyi” prinsipinə ziddir.
QAZİLER.AZ