Meksika prezidenti siyasətçilərə rus ədəbiyyatını oxumağı məsləhət bildi

Meksika prezidenti siyasətçilərə rus ədəbiyyatını oxumağı məsləhət bildi backend

Siyasətçilər rus klassik ədəbiyyatının əsərlərini oxumalıdırlar.

Qaziler.az bildirir ki, bu barədə Meksika prezidenti Andres Manuel Lopez Obrador “Canal Red”ə müsahibəsində bildirib.

O hesab edir ki, Rusiyada ən yaxşı şey onun yazıçıları və ədəbiyyatıdır. Dövlət başçısının sözlərinə görə, siyasət, sosial məsələlər və ya digər  hər hansı fəaliyyətlə məşğul olmaq üçün Lev Tolstoy, Fyodor Dostoyevski, Nikolay Qoqol kimi böyük yazıçıların əsərlərini oxumaq lazımdır. O, Dostoyevskinin “Cinayət və Cəza” romanını misal çəkib.

Obrador rus klassiklərinin əsərlərinin gözəl olduğunu da qeyd edib.

Xatırladılıb ki, fevral ayında Almaniyanın “Bild” qəzeti nadir rus kitablarının Almaniya kitabxanalarından kütləvi şəkildə oğurlanmağa başladığını yazıb.

QAZİLER.AZ

Diaspora