Ukrayna prezidenti Volodimir Zelenski Polşanın baş naziri Donald Tusku nəqliyyat blokadası ilə bağlı vəziyyəti həll etmək üçün fevralın 24-dək Ukrayna-Polşa sərhədinə gəlməyə çağırıb.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, Zelenski “Telegram” kanalında müraciətinin mətnini polyak dilində təkrarlayıb.
“Mən hökumətimizə göstəriş verdim ki, yaxın vaxtlarda, fevralın 24-dək hökumət başçılarımız sərhəddə olsun. Cənab Baş nazir Donald (Tusk), sizdən də sərhədə gəlməyinizi xahiş edirəm. Andjey (Duda), cənab Prezident, sizdən bu dialoqa dəstək verməyinizi xahiş edirəm. Bu, milli təhlükəsizlikdir”, - Zelenski yazıb.
QAZİLER.AZ