“Barbi” filminin müəllifi ilin qadını seçildi

“Barbi” filminin müəllifi ilin qadını seçildi backend

“Time” jurnalı 2023-cü ilin ən çox gəlir gətirən “Barbi” filminin rejissoru Qreta Qerviqi “İlin qadını” seçib.

Qaziler.az bildirir ki, nəşr qeydinə görə, onun karyerası gender stereotiplərini qırır. Bundan əlavə, o, ilk üç solo filmi ilə icarə dövriyyəsində çox pul qazanan və “Oskar” mükafatına namizəd olan yeganə rejissor olub.

Beləliklə, onun yarımavtobioqrafik solo rejissorluq debütü “Ledy Bird” (2017) 10 milyon dollarlıq büdcəyə qarşı 79 milyon dollar gəlir əldə edib. Onun ikinci filmi “Kiçik Qadınlar”a (2019) 40 milyon dollar ayrılıb və nəticədə 231 milyon dollar qazanıb. Nəhayət, “Barbie” (2023) digər filmləri ötərək, 2023-cü ildə 1,4 milyard dollarlıq kassa gəlirləri ilə birinci olub.

QAZİLER.AZ

Diaspora