Rusiyalı turistlər Şri-Lankada “danq” virusu epidemiyasının yayılmasından şikayətləniblər.
Qaziler.az xəbər verir ki, məlumat “Mash” teleqram kanalında yayılıb. Onların sözlərinə görə, məşhur kurortda onlarla yoluxma halı qeydə alınıb və bir qadın ölüb.
Məlumatda qeyd edilib ki, rusların əksəriyyəti Kolomboda qızdırmaya tutulub. Xəstəliyin simptomları eynidır: ağcaqanad dişləməsindən sonra temperaturun 38 dərəcəyə qədər artması, ürək bulanması, baş və bel ağrıları, səpmə. Qeyd olunur ki, ölən rusiyalı qadının sığortası olmayıb və hazırda onun yaxınları cənazəni vətənlərinə çatdırmağa çalışırlar.
Yerli həkimlərin fikrincə, fevral ayı danq virusunun yayılması üçün təhlükəli ay deyil. Çünki orda hava çox istidir və yağış yağmır. Belə şəraitdə ağcaqanadlar demək olar ki, çoxalmır. Buna görə də infeksiya yayılmamalıdır. Həkimlər turistlərin virusa cəngəllikdə yoluxmuş ola biləcəyini irəli sürüblər.
QAZİLER.AZ