Arvadı ilə mübahisə edən təqaüdçü polisə atəş açdı, sonra özünü öldürdü

Arvadı ilə mübahisə edən təqaüdçü polisə atəş açdı, sonra özünü öldürdü backend

Rusiyanın Rostov vilayətində yaşlı cütlük arasında mübahisə atışma ilə başa çatıb.

Qaziler.az bildirir ki, bu barədə çərşənbə günü, fevralın 21-də Don Mash Telegram kanalı məlumat yayıb.

Növbəti münaqişədən sonra qadın oğluna zəng edərək atasının silah götürdüyünü və özünü aqressiv apardığını bildirib. O, polisə zəng edib. Təqaüdçü gələn polisə bildirib ki, əri əvvəllər onun 13 yaşlı nəvəsini pul ilə aldatmağa cəhd edib.

Həyat yoldaşı tərəfindən pedofiliyada ittiham olunan təqaüdçü tövləyə qaçaraq özünü bağlayıb. Polis bir neçə saat danışıqlar aparsa da, bir anda o, təhlükəsizlik qüvvələri istiqamətində atəş açıb, sonra isə özünü vurub. Beləliklə mübahisə təqaüdçünün həyatı bahasına başa çatıb.

Polislərdən heç kim xəsarət almayıb.

QAZİLER.AZ

Diaspora