Fransanın paytaxtı Parisin ən əhəmiyyətli simvollarından biri olan Eyfel qülləsi işçilərinin tətilə başlaması səbəbindən ziyarətçilərə bağlanıb.
Qaziler.az xarici mətbuatına istinadən bildirir ki, Eyfel qülləsinin işçiləri həmkarlar ittifaqının çağırışı ilə iki gündür tətil edirlər.
Parisdə turistlərin məşhur məkanı olan qüllə tətil səbəbindən ziyarətçilərə bağlanıb.
Qülləyə qalxmaq üçün Parisə gələn turistlər qüllənin qarşısında şəkil çəkdirməklə kifayətləniblər.
Yerli mətbuatda yer alan xəbərə görə, Paris Bələdiyyəsinin qülləni işlədən SETE şirkətindən tətilçilər bələdiyyədən məqbul maaş tələb ediblər.
Eyfel qülləsi işçilərinin bağlı olduğu Ümumi Əmək İttifaqının (CGT) nümayəndəsi Stefan Dieu bildirib ki, Paris Bələdiyyəsi qüllənin bilet satışından əldə etdikləri gəliri abidənin təmiri, əməliyyat xərcləri və digər işlərə divident ödəmək üçün istifadə ediblər.
QAZİLER,AZ