Ötən həftə Litva Belarusla sərhəddə insident qeydə alınıb: Litvadan qonşu ölkəyə qaçan şəxs hasarı aşaraq Belarus tərəfə keçib.
Qaziler.az bildirir ki, bu barədə Belarus sərhədçiləri məlumat verib və bildiriblər ki, həmin şəxs Qrodno vilayətində saxlanılıb.
"Bu, Xorvatiya vətəndaşıdır. Həmin şəxs dedi ki, qaçmaqda məqsədi Belarus və ya Rusiya olub və orada iş tapmağa ümid edir və özünə daha yaxşı yaşayış şəraiti yaratmaq niyyəti var”, - Belarus sərhədçiləri deyirlər.
Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Giedrius Misutis belə bir hadisənin baş verdiyini təsdiqləyib.
Hadisə ilə bağlı araşdırma aparılır. Saxlanılan xorvatiyalını cərimə və deportasiya gözləyir.
QAZİLER,AZ