Aİ Qırmızı dənizdə Yəmən husilərinə qarşı hərbi əməliyyat keçirməyə qərar verib

Aİ Qırmızı dənizdə Yəmən husilərinə qarşı hərbi əməliyyat keçirməyə qərar verib backend

Yəmənin husi üsyançılarının Qırmızı dənizdə gəmilərə davam edən hücumları fonunda Avropa İttifaqı (Aİ) dəniz əməliyyatı keçirmək haqqında qərar qəbul edib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Aİ Qırmızı dənizdə təhlükəsiz naviqasiyanı təmin etmək üçün Yəmən husilərinə qarşı hərbi əməliyyata başlamaq qərarına gəlib.

Qərar Aİ-nin xarici işlər nazirləri tərəfindən təsdiqlənib. Məsələn, Almaniya artıq göyərtəsində təxminən 250 Bundesver əsgərinin olduğu "Hesse" freqatını Yəmən sahillərinə göndərib. 

Aİ səlahiyyətliləri bildirirlər ki, missiyaya  sırf müdafiə xarakterli olacaq. 

QAZİLER.AZ

Diaspora