Ukrayna səfiri: “Qərbin bizə verdiyi dəstək yetərli deyil”

Ukrayna səfiri: “Qərbin bizə verdiyi dəstək yetərli deyil” backend

“Ukrayna böhranı Qarabağ məsələsindən çox müzakirə olunsa da, Qərbin bizə dəstəyi yetərli deyil”.

APA-nın məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Maydan hadisələrinin ildönümü ilə bağlı keçirdiyi tədbirdə deyib.

Onun sözlərinə görə, Maydan hadisələri zamanı ölənlər canlarını vətənləri uğrunda veriblər və Azərbaycan da müstəqillik uğrunda şəhid verib: “Azərbaycan əraziləri işğala məruz qalıb. Bizim problemlərimiz ortaqdır və biz bir-birimizin ağrısını daha yaxşı hiss edirik. Gəlin, keçmişdə olan narazılıqları unudaq, “kim haradasa kimisə dəstəkləməyib” kimi anlaşılmazlıqları geridə qoyaq, ortaq problemlərdən birgə çıxış yolları axtaraq. Xalqlarımızın və ölkələrimizin birlikdə irəliləməsi üçün çalışaq”.

Səfir qeyd edib ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, bundan sonra da həmişə Azərbaycanın yanında olacaq və beynəlxalq arenada da Azərbaycanı dəstəkləyəcək.
Diaspora