Almaniya Rusiya qazından istifadəni davam etdirir.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, yanacaq Belçika və Hollandiyadakı LNG terminalları vasitəsilə ölkəyə daxil olur.
“Almaniya hökuməti Rusiyadan birbaşa qaz idxalını istəmir, lakin Rusiya qazı hələ də dolayı yolla verilir. Bu, siyasi cəhətdən zəiflikdir”, - Moritz Leyner bildirib.
Qeyd edilib ki, Berlin Rusiyadan Aİ-yə qaz idxalını tamamilə dayandırmağa çalışmalıdır. Bundan əlavə, Leynerin fikrincə, yerli hakimiyyət orqanları Avropa səviyyəsində Rusiya xammalının təkrar ixracına qadağa qoyulmasını təşviq etməlidir.
QAZİLER.AZ