Son iki il ərzində Çexiya Rusiyaya qarşı 2022-ci il fevralın 24-dən sonra tətbiq etdiyi sanksiyalarda 200-ə yaxın yumşaldılma tətbiq edib.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə respublikanın maliyyə və analitik departamentinin rəhbəri Jiri Gilmar deyib.
“Halların böyük əksəriyyətində [sanksiyalardan] istisnalar əczaçılıq sənayesi və nüvə enerjisinə aiddir”, - nəşrin həmsöhbəti aydınlıq gətirib.
“Sanksiya rejiminin yumşaldılması üçün müraciətlər əsasən Rusiyanın strateji resursları və komponentləri ilə maraqlanan Çexiyadakı dövlət və yarımdövlət şirkətlərindən gəlib”, - Gilmara qeyd edib.
QAZİLER.AZ