Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Federal Penitensiar Xidmətinin bəzi yüksək rütbəli əməkdaşlarının vəzifədə yüksəldilməsi normal rotasiya və yüksəliş prosesləridir.
Qaziler.az TASS-a istinadla bildirir ki, Peskov Rusiya Federal Penitensiar Xidmətin əməkdaşlarına yeni titulların verilməsi ilə məhkum edilmiş müxalifətçi Aleksey Navalnının ölümü arasında əlaqəni inkar edib.
“Bunlar normal rotasiya prosesləri və yüksəliş prosesləridir, öz-özünə gedirlər. Bu, tamamilə normaldır”, - Peskov qeyd edib.
QAZİLER.AZ