Putin Kim Çen Ina niyə "Aurus" avtomobili verib? - Kreml açıqladı

Putin Kim Çen Ina niyə "Aurus" avtomobili verib? - Kreml açıqladı backend

“Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina “Vostochnıy” kosmodromuna səfəri zamanı bəyəndiyi üçün ona “Arus” markalı avtomobil hədiyyə edib”.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Onun açıqlamasına görə, Putinin özü avtomobili hörmətli qonağa göstərib və bu, onun müsbət reaksiyasına səbəb olub. Peskov həmçinin vurğulayıb ki, Kim Çen Ina hədiyyə Rusiyanın KXDR ilə münasibətləri daha da inkişaf etdirmək istəyini əks etdirir.

Doğrudan da, KXDR lideri Vostoçnı kosmodromunda olarkən maşına baxıb. Bir çoxları kimi, bu, onun da xoşuna gəldi, ona görə də bu qərar verildi”, – Peskov jurnalistlərin Putinin hədiyyəsi ilə bağlı suallarını cavablandırarkən deyib.

Qeyd edək ki, fevralın 20-də Putin KXDR liderinə “Aurus” markalı avtomobil ərməğan edib.  Avtomobil Kim Çen Inın bacısı, Koreya Fəhlə Partiyasının Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Conq-a verilib. O qeyd edib ki, avtomobilin verilməsi Rusiya ilə KXDR arasında xüsusi dostluq münasibətlərinin sübutudur.

QAZİLER.AZ

Diaspora