"Covid-19"a qarşı peyvəndlərinin yan təsirləri açıqlanıb

"Covid-19"a qarşı peyvəndlərinin yan təsirləri açıqlanıb backend

“Tamamilə təhlükəsiz peyvəndlər yoxdur və Qərbin anti-Covid dərmanlarının xoşagəlməz yan təsirləri məqbuldur".

Qaziler.az xəbər verir ki, bunu virusologiya professoru, Gamaleya Tədqiqat Mərkəzinin baş elmi işçisi Anatoli Altşteyn NSN-ə müsahibəsində deyib. O, hər hansı bir peyvəndin müəyyən fəsad riski ilə əlaqəli olduğunu vurğulayıb.

Nəşrin məlumatına görə, COVID-19-a qarşı əsas Qərb peyvəndlərinin təhlükəsizliyinə dair araşdırmanın nəticələri daha əvvəl dərc edilib. Məlum olub ki, bu dərmanların istifadəsi nadir hallarda nevroloji xəstəliklərin, qan və ürək xəstəliklərinin artmasına səbəb olub. Belə ki, bəzi xəstələrdə miokardit, perikardit, beyin trombozu və “Guillain-Barre” sindromu inkişaf etmişdir.

O əlavə edib ki, vaksinologiyada belə bir nəticə məqbul hesab olunur. Alimin fikrincə, peyvəndin zərərindən çox faydası varsa, ondan istifadə barədə qərar verilir.

“Bununla belə, heç bir fəsad yaratmayan vaksinlər yoxdur və bu, bütün dərmanlara aiddir”, - virusoloq vurğulayıb.

QAZİLER.AZ

Diaspora